EN

"Yuventus" səfərdə qələbə qazanıb

Bakı, 15 mart, AZƏRTAC

İtaliya A seriyasında 29-cu turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, "Yuventus" səfərdə "Udinize"nin qonağı olub. Ağ-qaralar Jeremie Boganın qolu sayəsində qələbə qazanıb. Bu nəticədən sonra xallarını 53-ə çatdıran Turin təmsilçisi 4-cü yerdə qərarlaşıb. "Udinize" isə 36 xalla 11-ci sıradadır.

 

Chosen
46
1
azertag.az

2Sources