EN

Messi, yoxsa Ronaldo? Hazard seçdi

Bizim media saytına istinadən ain.az xəbər verir.

Belçika millisinin və "Real"ın keçmiş yarımmüdafiəçisi Eden Hazard Argentina yığmasının hücumçusu Lionel Messi və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.Bizim.Media xəbər verir ki, o, RTBF-ə müsahibəsində hazırda "İnter Mayami"nin formasını geyinən Messini daha üstün gördüyünü deyib:"Mənim üçün favorit həmişə Messidir. Çünki oyun tərzini sevirəm. Mən Kriştianonu da seçə bilərdim, çünki "Real" azarkeşiyəm, həm də bu komandada oynamışam. Kriştiano daha çox əla qol vuran və inanılmaz formaya malik idmançıdır, amma Messinin futbolu isə mənim zövqümə daha uyğundur. Messiyə qarşı oynayanda, sadəcə 'vau' deyirsən. Biz şanslıyıq ki, onun oyununu təxminən 20 il canlı izləyə biləcəyimiz bir dövrdə doğulmuşuq".Xatırladaq ki, Hazard artıq karyerasını başa vurub, Messi və Ronaldo isə oyunlarını davam

etdirirlər.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
3
bizim.media

4Sources