ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran ilə mümkün razılaşmanın şərtlərindən hələlik məmnun olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına verdiyi müsahibədə danışıb.
“İran razılaşma əldə etmək istəyir, mən isə razılaşmaq istəmirəm, çünki şərtlər hələ kifayət qədər yaxşı deyil”, – deyə o bildirib və əlavə edib ki, istənilən şərtlər “çox möhkəm” olmalıdır.
Münaqişəyə son qoymaq üçün potensial razılaşmanın şərtlərinin nə olacağı soruşulduqda isə prezident belə cavab verib: “Bunu sizə demək istəmirəm”.
Aminə ŞAHSUVARQIZI