EN

Trampdan gözlənilməz BƏYANAT – Müharibə bir həftəyə bitir?

Son günlər həm ABŞ, həm də İran tərəfindən müharibənin yaxın günlərdə bitəcəyilə bağlı müxtəlif açıqlamalar verilir.

İki gün öncə ABŞ Prezidenti Donald Tramp hədəf üçün daha heç nəyin qalmadığını əsas gətirməklə, müharibənin tezliklə bitəcəyinin anonsunu verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO


Tehran da son günlər prosesə eyni yanaşma tərzi sərgiləyir. Belə ki, İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi hərbi qarşıdurmanın martın 21-də qeyd olunan Novruz bayramına qədər başa çata biləcəyini bildirib.

Onun sözlərinə görə, rəqib tərəflər uzunmüddətli müharibəni davam etdirmək gücünə malik deyil və əməliyyatların indiki templə davam etməsi münaqişənin qısa müddətdə yekunlaşmasına səbəb ola bilər.

Bir sözlə, artıq münaqişə tərəflərindən hər ikisi savaşın tezliklə bitəcəyindən danışır. 

Görəsən bu, necə və hansı şərtlərlə mümkün ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, mövcud situasiyada tərəflərdən heç biri məqsədlərinə çatmayıb:

“ABŞ Prezidenti Donald Tramp İranın artıq məğlub edildiyini deyir. Bu əsasda da yaxın günlərdə müharibənin bitəcəyini bəyan edib. Ancaq prosesi diqqətlə izləyənlər bilir ki, İranın nüvə proqramı və ballistik raketlərilə bağlı məsələ hələlik öz həllini tapmayıb və həll olunma ehtimalı da yoxdur. Ona görə də Vaşinqtonun öz məqsədinə nail olduğunu söyləmək qeyri-mümkündür. 
İran da öz növbəsində ABŞ-a sarsıdıcı zərbələr vuracağını bildirib. Amma onun da elan etdiyinin icra olunduğunu söyləmək olmaz. 1200-dən artıq İran vətəndaşı öldürüldü. Şəhərlər dağıdıldı. Bu şəraitdə İran özünü qalib elan edə bilməz. 

Belə görünür, yaxın günlərdə hərbi əməliyyatlar dayandırılacaq və hər iki tərəf özünü qalib elan edəcək.

Özünü qalib elan etmək praktikası son illərin müharibələri üçün  xarakterik bir haldır. Əslində isə nə İran, nə də ABŞ qalib sayıla bilməz”. 

Rüfət Sultan, Bizim.Media

Chosen
36
3
bizim.media

4Sources