EN

“TRAMP İRANDA SİYASİ FİASKOYA UĞRADI” “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək...”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Tramp İranla bağlı hədəfini heç özü də tam başa düşmür”

"Mənə elə gəlir ki, Tramp İranla bağlı hədəfini heç özü də tam başa düşmür”.

“AzPolitika” xəbər verir ki, bunu Donald Trampın birinci prezidentlik müddətində milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş, sionizmıin xidmətçisi, İsrailin ən sərt  tərəfdarlarından biri kimi tanınan Con Bolton Rusiyanın müxalif “Dojd” kanalına müsahibəsində deyib.

Trampı kəskin tənqid edən Bolton onun İranla bağlı hərəkətlərini düzgün planlaşdıra bilmədiyini və nəticədə siyasi fiaskoya uğradığını qeyd edib: "Əgər müharibənin məqsədi İranda rejim dəyişikliyidirsə, bu, düzgün məqsəddir. Amma problem ondadır ki, mənim fikrimcə, Tramp buna necə nail olmaq barədə düşünməyib. Hərbi cəhətdən işlər yaxşı gedir, amma siyasi cəhətdən bu, uğursuzluqdur. O, Amerika xalqını hazırlamayıb və İranda rejimi devirmək ehtiyacını aydın şəkildə izah etməyib.

O, şənbə günü gecə saat 03:30-da, heç kimin televizora baxmadığı bir vaxtda hərbi əməliyyatların başladığını elan edib. Nəticədə, müharibəyə dəstək amerikalılar arasında rekord səviyyədə aşağıdır - II Dünya Müharibəsindən bəri görünməmiş səviyyədə. O, həmçinin Konqreslə, müttəfiqləri ilə razılığa gələ bilməyib və ən əsası, İran müxalifəti ilə əlaqə qurmayıb. Onların daxildən dəstəyi olmadan rejim dağılmayacaq".

Bolton qeyd edib ki, müharibənin əvvəlində Tehrandan nüvə hücumu ilə bağlı təcili təhlükə yox idi, lakin zərurət yaranarsa, İran Şimali Koreyadan "üç gün ərzində" nüvə bombası əldə edə bilərdi.

Eyni zamanda, o, Trampın əməliyyatın məqsədini düzgün şəkildə ifadə edə bilmədiyini qeyd edib: “İran təhdidi üç hissədən ibarətdir: nüvə proqramı, ballistik raketləri və terrorizmə sponsorluq etməsi. İsraillilərlə birlikdə həyata keçirdiyimiz zərbələr bu təhdidlərə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yönəlib. Bunlar qanuni hədəflərdir. İranın bomba hazırlamasını gözləməməliyik. Tehrandan gələn terror təhdidi 1979-cu ildən bəri davam edir".

Boltonun sözlərinə görə, Hörmüz boğazı bağlandığı müddətcə müharibəyə tez bir zamanda son qoymaq və özünü qalib elan etmək olmaz: "Tramp özünü tez bir zamanda qalib elan etmək istəyir, amma hazırda Hörmüz boğazı bağlanıb və orada tankerlər üzmür. Belə bir vəziyyətdə necə qələbə elan edə bilər? Əvvəlcə boğazı açmalıdır… Boğaz bağlı olduğu müddətcə heç kim Trampa inanmayacaq".

Bolton ABŞ quru qoşunlarının İrana yerləşdirilməsi ehtimalı barədə də danışıb. Onun fikrincə, ABŞ quruda tammiqyaslı hərbi müdaxiləyə getməyəcək, lakin müəyyən xüsusi təyinatlı qüvvələr artıq böyük ehtimalla İran ərazisindədir: "Xüsusi əməliyyat qüvvələri, təxribat və kəşfiyyat qrupları artıq İran ərazisində fəaliyyət göstərir. İndi rejim etirazçıları yenidən atəşə tutmağa başlasa, xalqı müdafiə edə biləcək İran ordusundan qaçanlar ilə işləmək vacibdir".

Keçmiş müşavir həmçinin Trampın Kremlin ona təklif etdiyi "vasitəçilik təklifi”nə razılaşa biləcəyindən narahatdır: "Bu, Kreml tərəfindən manipulyasiyadır. Putin zəif cəhətləri müəyyən etməkdə mütəxəssisdir; o, KQB-də bu sahədə təlim keçib. Yüksək neft qiymətləri Kreml üçün "sehrli hədiyyədir". Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək: Rusiya İranla, ABŞ isə Ukrayna ilə kəşfiyyat məlumatları paylaşmağı dayandırır. Bu, Kiyevə zərər verəcək paket razılaşma olardı. Tramp bu mübadilənin nə qədər qeyri-bərabər olduğunu anlamadan razılaşa bilər. Əlbəttə ki, Rusiya İranla kəşfiyyat məlumatları paylaşmaqla Amerika əsgərlərinin ölümünə şərik çıxır. Buna görə də Rusiyaya qarşı neft sanksiyaları ləğv edilə bilməz. Tramp tez-tez deyir: "Biz də ukraynalılara məlumat veririk", amma bu, tamamilə fərqli bir şeydir. Rusiya heç ir əsas, təxribat olmadan Ukraynaya hücum etdi. Digər tərəfdən, Tramp "mən sənə, sən mənə” prinsipi ilə düşünür və incəlikləri görmür”.

Bolton İrandakı qızlar məktəbinə Amerikanın raket zərbəsinə də münasibət bildirib. O deyib ki, heç kim bu məktəbi qəsdən hədəf almazdı: "İstintaqa görə, bu bina əvvəllər hərbi dəniz bazasının bir hissəsi idi. Sadəcə, kəşfiyyat məlumatları köhnəlmiş olub. Əlbəttə ki, bu, bizim səhvimizdir, buna heç bir bəraət yoxdur və ABŞ dəymiş zərəri kompensasiya etməlidir. Müharibədə səhvlər olur, amma biz həmişə qaydalara uyğun mübarizə aparmağa çalışırıq".

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
azpolitika.info

1Sources