"Yəni əvvəl qadınlara şamil olunan variant kişilərə də şamil olunur. Amma bir şərtlə, qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, valideynlik hüququndan məhrum edildiyi və yaxud da nikaha xitam verildiyi üçün uşaq kişinin himayəsinə verildiyi hallarda həmin o 5 illik güzəşt tətbiq olunur. Yəni birlikdə olduqda, təbii ki, ilk növbədə qadın bu məsələlərdə prioritet olaraq önə çəkilir. Amma yenə də qeyd etdiyim kimi, həyat yoldaşı olan qadın vəfat edirsə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, qadın valideynlik hüququndan məhrum edilirsə və yaxud nikaha xitam verilir və uşaqlar da kişinin himayəsinə verilirsə, o hallarda, bəli, kişilərə də şamil olunur və beş və daha çox uşağı olan və yaxud əlilliyi olan uşağı olan kişi övladını təkbaşına böyütdükdə 5 il azaldılmaqla yaşa görə güzəştli əmək pensiyası hüququ yaranır. Yəni 60 yaşından çıxa bilir".