İran və Fransa XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
İran və Fransa XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
İranıxarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jean-Noel Barrot ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Abbas Əraqçi “Telegram”-da paylaşım edib.
Telefon danışığı zamanı regionda və Hörmüz boğazı ətrafında yaranmış qeyri-sabitl vəziyyət diqqət mərkəzində olub. Abbas Əraqçi bununla bağlı məsuliyyətin ABŞ və İsrailin üzərinə düşdüyünü söyləyib. Eyni zamanda İranın müdafiə xarakterli addımlarının yalnız regiondakı ABŞ-ın hərbi bazaları və obyektlərinə qarşı yönəldiyini və region ölkələrinə qarşı hücum kimi qiymətləndirilməməli olduğunu qeyd eidb.
Tərəflər bir sıra konsulluq məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar.