EN

İran İsrailə qarşı “Seccil” raketlərindən ilk dəfə istifadə olunduğunu bildirib

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) “Doğru Vəd 4”əməliyyatının 54-cü mərhələsində İsrailə qarşı “Seccil” ballistikraketlərindən istifadə olunduğunu bildirib.

Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) məlumat yayıb.

Məlumata görə, bu mərhələdə İsrailə qarşı 2 ton başlığı olan“Xorrəmşəhr” raketi, “Kheybarshekan”, “Qədr” və “Emad”raketlərindən istifadə olunub.

SEPAH bildirir ki, sözügedən raketlərlə İsrailin önəmli hərbi vəmüdafiə sənayesi infrastrukturlarına, hava əməliyyatlarımərkəzlərinə hücumlar edilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
29
az.trend.az

1Sources