EN

Zelenski Makronla razılığa gəldi: Ballistik raketləri vura bilən sistemlər alınacaq

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla Kiyevə SAMP/T zenit-raket komplekslərinin verilməsi barədə razılıq əldə edildiyini bildirib.

Oxu.Az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

V.Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzusu ABŞ-nin "Patriot" sistemlərinə alternativ olub. SAMP/T ballistik raketləri əngəlləyə bilən yeganə Avropa sistemidir.

"Biz bu il yeni SAMP/T sistemlərinin ballistik raketləri vurub-vurmadığını görəcəyik", - deyə Zelenski qeyd edib.

O, həmçinin vurğulayıb ki, sınaqlar uğurlu olarsa, Kiyev yeni komplekslərin alınması növbəsində birinci olacağını gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
3
oxu.az

4Sources