EN

Bakıdakı səfirlikdə Qazaxıstanda referendum ilə bağlı seçki məntəqəsi açılıb

Bakı. Trend:

Yeni Konstitusiya ilə bağlı referendum çərçivəsində QazaxıstanınBakıdakı səfirliyindəki seçki məntəqəsində səsvermə keçirilir.

Trend-inməlumatına görə, bu barədə səfirlik "Telegram" kanalında məlumatverib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə,qeydiyyatdan keçmiş 200 seçicidən 135-i səs verib.

Qeyd olunub ki, səsvermədə Azərbaycan ali məktəblərinintələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərininəməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasındaiştirak etmək üçün Bakıya gələn Qazaxıstan məktəblilərininvalideynləri və müəllimləri iştirak edirlər. Bildirilib ki,Qazaxıstanın ibtidai sinif şagirdlərindən ibarət komandası komandayarışında birinci yeri tutub.

Səfirlik bildirib ki, seçki məntəqəsi Bakı vaxtı ilə saat20:00-a qədər açıq olacaq.

Chosen
43
4
az.trend.az

6Sources