EN

Azər Bağırov qərb derbisindən sonra belə danışdı

Misli Premyer Liqasının 24-cü turunda Yevlaxda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Azarkeşlərimizə təşəkkür edirəm ki, komandanın sonadək dəstəklədilər. Futbolçuların da azarkeşlərin haqqını verdiklərini düşünürəm. Bu gün meydanda yaxşı futbol və qollar izlədik. Ola bilsin ki, texniki planda müəyyən çatışmazlıqlar var. Vaxt gələcək ki, meydanda daha güclü "Kəpəz" görəcəyik. Belə desəm, öz oyun düsturumuza uyğun futbol sərgiləyəcəyik. Son matçlarda göz dəyməsin, sabit oynayırıq. Komandanın əzmlə, inamla mübarizə aparması önəmli şərtdir. Uşaqlara təşəkkürümü bildirirəm".

ToÄŸrul

Chosen
47
fanat.az

1Sources