EN

Siyasi ekspert və jurnalist İqor Roytapel: “Natanyahunun atası 104 il yaşayıb...”

İsrail Baş naziri Binyamin Netanyahunun ölümü və ya ağır yaralanması ilə bağlı şayiələr sürətlə yayılmağa başlayıb.

Məsələn, Dövlət Dumasının deputatı və iqtisadçı Mixail Delyagin özünün “Telegram” kanalında və Tsargrad telekanalına verdiyi müsahibədə Netanyahunun öldüyü barədə xəbərləri dəstəkləyib.

"Görünür, Netanyahu həqiqətən də sui-qəsd edilib", Delyagin deyib. 

“Cebheinfo.az”-a açıqlamasında İsraildəki Azərbaycan Yəhudi Mediasının Büro Rəhbəri, siyasi ekspert və jurnalist İqor Roytapel iddiaları rədd edib:

“Söhbət ancaq saxta xəbərlərdən gedir. Çünki heç bir rəsmi İsrail və xarici mətbuatda Baş nazir Benyamin Netanyahu yaralanmas və ya həlak olması barədə xəbər yoxdur. Üstəlik, heç kəs daim sağ olduğunu sübut etməyə borclu deyil. Fransa Prezident Emmanuel Makron və ya başqa biri barədə belə məlumat yayılanda, kimsə çıxıb sağ olduğunu sübut etməli olmur”.  

O bildirib ki, Netanyahu barədə belə məlumatların yayılması siyasi sifarişdən, o cümlədən İran tərəfinin sifarişindən qaynaqlana bilər: 

“O cümlədən, hətta bu xəbərlərin İsraildəki müxalif qüvvələrdən qaynaqlanması da təəccüblü olmazdı. İsrail müxalifəti ölkədə dəstək qazana bilmir, xalq onları dəstəkləmir. Onlar başqa ölkələrdə, məsələn, İsraillə dostluq münasibəti olan Azərbaycan kimi ölkələrdə belə xəbərlərin yayılmasına çalışırlar. Bunların araşdırılmasına ehtiyac var. Bir sözlə, Netanyahu barədə yayılan belə xəbərlərin heç bir əsası yoxdur. İsrail nə Şimali Koreyadır, nə də Rusiya, İsraildə hər şey açıqdır. Əgər nəsə olsaydı, xalq məlumatlı olardı. Belə xəbəri gizlətməyin heç bir xeyri yoxdur. Bizdə yaxşı bir məsələ var ki, sağlığında barəsində ölüm xəbəri yayılan adam daha uzun yaşayır. Onun atası 104 il yaşayıb, ümid edirəm ki, özü də belə uzun yaşayacaq”.

Chosen
68
cebheinfo.az

1Sources