Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.
"Unikal"ın məlumatına görə, Qərb derbisində "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda Tovuz klubu 45 xalla üçüncü pillədə qərarlaşıb. Gəncə təmsilçisi isə 18 xalla onuncu yerdədir.