AZ

“Qarabağ” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.

"Unikal" xəbər verir ki, əvvəlcə turnirin lideri “Sabah” Qubada “İmişli”nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 15:00-da start götürəcək. Qarşılaşmada ədaləti Rauf Cabarov qoruyacaq.

Digər matçda isə son çempion “Qarabağ” səfərdə “Zirə” ilə qarşılaşacaq.

Zirə İdman Kompleksinin stadionundakı görüşün start fiti saat 19:15-də səslənəcək. Bu oyunu baş hakim Fərid Hacıyev idarə edəcək.

Azərbaycan Premyer Liqası

XXIV tur

14 mart

15:00. “İmişli” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Quba OİK stadionu

19:15. “Zirə” - “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.

Seçilən
73
10
unikal.az

10Mənbələr