EN

Azərbaycan XIN: İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyinin X-dakı paylaşımında bildirilib.

"İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc birgəyaşayışa sadiqliyimizi bir daha təsdiqləyirik. İslamofobiya, insanların dini inanclarına görə ayrı-seçkiliyə məruz qalması və onlara qarşı nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır: “Belə qərəzli yanaşmaların cəmiyyətlərimizdə yeri yoxdur. İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır. İslamın yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formaları ilə mübarizə aparmaq inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün vacib olaraq qalır”, - deyə paylaşımda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
10
apa.az

10Sources