AZ

Azərbaycan XIN dən islamofobiya ilə bağlı PAYLAŞIM FOTO

ain.az, Bizim media saytına istinadən bildirir.

İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır.Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyinin X-dakı paylaşımında bildirilib."İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc birgəyaşayışa sadiqliyimizi bir daha təsdiqləyirik.

İslamofobiya, insanların dini inanclarına görə ayrı-seçkiliyə məruz qalması və onlara qarşı nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır. Belə qərəzli yanaşmaların cəmiyyətlərimizdə yeri yoxdur.

İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır. İslamın yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formaları ilə mübarizə aparmaq inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün vacib olaraq qalır”, - deyə paylaşımda vurğulanıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
10
bizim.media

10Mənbələr