Ajans.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin məlumatları göstərir. "Martın 2-də, təxminən iki həftə əvvəl İsrail ölkəyə hücumlarını gücləndirəndən bəri ən azı 850 nəfər həlak olub və 2 105 nəfər yaralanıb", - məlumatda deyilir. Daha əvvəl 91-i uşaq olmaqla, 634 nəfərin həlak olduğu bildirilirdi.