İsrail Silahlı Qüvvələrinin iki həftə ərzində endirdiyi zərbələr nəticəsində Livanda həlak olanların sayı 850 nəfərə çatıb.
"Far.Az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin məlumatları göstərir.
"Martın 2-də, təxminən iki həftə əvvəl İsrail ölkəyə hücumlarını gücləndirəndən bəri ən azı 850 nəfər həlak olub və 2 105 nəfər yaralanıb", - məlumatda deyilir.
Daha əvvəl 91-i uşaq olmaqla, 634 nəfərin həlak olduğu bildirilirdi.