EN

Ardanın möhtəşəm qolu tarixə necə düşdü?

Xəbər verdiyimiz kimi, “Real” İspaniya çempionatının 28-ci turunda “Elçe”no qəbul edib və 4:1 hesabı ilə qələbə qazanıb.

Publika.az xəbər verir ki, Matçın yekun hesabını Madrid təmsilçisinin yarımmüdafiəçisi Arda Güler müəyyənləşdirib. O, 89-cu dəqiqədə meydanın öz yarısından zərbə endirib. Top qonaq komandanın qapıçısının üzərindən keçərək qapı toruna düşüb,

Statistik Fran Martinesin hesablamalarına görə, Güler qola 68,7 metr məsafədən imza atıb. Onun məlumatına əsasən, bu, La Liqa tarixində ən uzaq məsafədən vurulan qoldur. Əvvəlki rekord “Numansiya” klubunun futbolçusu Antonioya məxsus idi. O, 2004-cü ilin noyabrında “Sevilya” klubunun qapısına 67 metr məsafədən qol vurmuşdu. Əgər Martinesin hesablamaları doğrudursa, 21 yaşlı Güler indi La Liqa tarixində ən uzaq məsafədən qol vuran futbolçu olacaq.

Chosen
24
publika.az

1Sources