EN

İki soydaşımız Gürcüstan çempionu oldu

Gürcüstanda yaşayan iki soydaşımız 15 yaşadək idmançılar arasında boks üzrə ölkə çempionatında uğurlu çıxış edərək qızıl medal qazanıb. 

Fanat.Az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramil Mahmudov həlledici qarşılaşmada gürcü İliya Sanikidzeni məğlub edərək çempion olub. 

Rustavi şəhərinin təmsilçisi, 46 kq çəki dərəcəsində çıxış edən Cəsur Qəhrəmanov isə final görüşündə erməni rəqibi Nodar Oqancanyanı məğlubiyyətə uğradıb.

Chosen
2
6
fanat.az

7Sources