AZ

İki soydaşımız Gürcüstan çempionu olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tbilisi, 15 mart, AZƏRTAC

Gürcüstanda yaşayan iki soydaşımız 15 yaşadək idmançılar arasında boks üzrə ölkə çempionatında uğurlu çıxış edərək qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramil Mahmudov həlledici qarşılaşmada gürcü İliya Sanikidzeni məğlub edərək çempion olub.

Rustavi şəhərinin təmsilçisi, 46 kq çəki dərəcəsində çıxış edən Cəsur Qəhrəmanov isə final görüşündə erməni rəqibi Nodar Oqancanyanı məğlubiyyətə uğradıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
6
azertag.az

7Mənbələr