EN

Özünü kişi kimi qələmə verən Aynur Sərdarı buna görə öldürübmüş – VİDEO

Bakıda 15 il öncə baş verən qətlin təfərrüatları məlum olub.

NOCOMMENT.az xəbər verir ki, 2011-ci ilin martın 20-də Nərimanov rayonu ərazisində başı, əlləri və ayaqları kəsilmiş naməlum kişi meyitin bədən hissəsinin aşkar edilməsi bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

Meyitin 1973-cü il təvəllüdlü Daş Karxanası küçəsində yaşayan Sərdar Məmmədova məxsus olduğu bilinib.

Məlum olur ki, Sərdar Məmmədovu qətlə yetirən hamının Kamran kimi tanıdığı Aynur Məmmədova olub. Aynur Məmmədova həyatı yoldaşı ilə Sərdar Məmmədovun yaşadığı evdə kirayə qalıb.

Videoda qeyd edilib ki, Aynurun qadın olduğunu yalnız yoldaşı bilib.

Qətl gününə gəlincə, istintaq zamanı məlum olub ki, Sərdar Məmmədov Aynur Məmmədova ilə yaxınlaşmaq istəyib. Qorxutmaq məqsədi ilə ona doğru bıçaq uzadıb. Lakin daha sonra balta ilə onu qətlə yetirib. Cəsədi evdə döşəmənin altında basdırıb. /İctimai tv/

Daha ətraflı videoda:

 

Chosen
12
1
nocomment.az

10Sources