AZ

Bakıda mall da xadimə işləyən evli qadın ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu qətlə yetirdi TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Abşeron rayonunda 2008-ci il təvəllüdlü Bəhruz qısqanclıq zəminində anası Solmazı (adlar şərtidir – red.) qətlə yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Salyan rayon sakini Bəhruz 1986-cı il təvəllüdlü anası Solmazın atası Cəlal ilə rəsmi nikahda olmasına baxmayaraq bu hadisədən bir neçə ay əvvəl öz ailəsini tərk edib və onlardan ayrılaraq başqa kişi ilə birgə yaşamasını özünün və qohumlarının ləyaqətini alçaldan rüsvayedici davranış kimi qiymətləndirib.Bəhruz anasının bu hərəkətlərinə görə qisas niyyəti ilə öldürmək qərarına gəlib. Bu məqsədlə 2025-ci ilin mart ayında anası ilə votsap sosial şəbəkəsində yazışma və danışıqlar apararaq əlaqə, ünsiyyətini bərpa etməyə nail olub. O, anasına guya kirayə ev axtarmaq adı ilə əvvəllər ailələrinin müvəqqəti olaraq birgə yaşadıqları Abşeron rayonu, Məmmədli kəndinə görüşə çağırıb. Daha sonra Bəhruz yaşadığı evdən mətbəx bıçağını götürüb və həmin tarixdə səhər radələrində yaşadığı Salyan rayonundan çıxaraq Bakı şəhərinə gəlib. O, həmin gün saat 17 radələrində anası ilə Məmmədli kəndi ərazisində görüşüb və söhbət edərək küçə ilə gəzdikləri vaxt anasına ümumilikdə bıçaqla 10 ədəd zərbə yetirib. Qadın aldığı xəsarətlərdən ölüb. Bəhruzun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onlar Bakı şəhərində, Əhmədli kəndində yaşayıblar:“Mən və atam işləmişik, anam bizə ataraq getdikdən sonra atam soruşdu ki, anan haradadır?. Mən isə bilmədiyimi dedim. Anam mənə xəbər vermədən gedib. Onun telefonuna zəng çatmayıb, qohumlar görmədiklərini, onların yanında olmadığını bildirdilər. Qayıdacağını düşündüm. Lakin 2-3 gün keçdikdən sonra artıq atam polisə müraciət etdi. Anam mənə 1-2 ay sonra yazdı, başqası ilə ailə həyatı qurduğunu, onunla birlikdə olduğunu bildirdi. Anam bizi tərk etdikdən sonra atam bizi Salyan rayonuna babamgilə apardı. Anam mənimlə əlaqə saxladığı zaman ondan niyə bizi atdığını soruşdum. Anam isə “sizinlə yaşamıram, bu adamla 3 ildir ki, birlikdəyəm” dedi. Mən anamı bizimlə, özüm, qardaşım, bacım ilə yaşamağa razı salmağa çalışdım. Anama “Bakıda ev tutaq və birlikdə yaşayaq, atam pul qazanaraq bizə yollayar” dedim. Lakin anam razılaşmadı. Mənə onun yanına gedə biləcəyimizi, bu şəkildə birlikdə yaşaya biləcəyimizi bildirdi. Bakıya gəldiyim zaman üstümdə bıçaq götürmüşəm. Onunla danışaraq hər şeyi yoluna qoymaq istədim. Lakin anam məqsədindən əl çəkmədi”.Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər evlərində problemlər olmasına baxmayaraq, anasının evdən getdiyi vaxt hər şey yaxşı olub:“Anamın qeyd elədiyi 3 il müddətində bir münasibəti olmasına şübhələr olmayıb. Anam Bakıdakı məşhur Ticarət Mərkəzində xadimə işləyib. Atam isə qapı-pəncərə ustası olub. Anam bizi ataraq getdikdən sonra atam bizi rayona, baba və nənəmin yanına apardı. Özü isə Dağıstana işləmək üçün getdi. Əvvəllər aramızda söz-söhbət olub. Lakin anam getməmişdən qabaq heç nə olmayıb. Anam getdikdən təxminən 2 ay sonra sadəcə mənimlə əlaqə saxladı, bacım və qardaşım ilə əlaqə saxlamadı. Anam ilə görüşdüyüm zaman geri qayıtsa idi, hər şey normal olacaqdı. Anam ilə görüşdüyüm zaman geri qayıtmayacağını bildirdi. Mən buna əsəbləşdim, bıçağı götürməkdə isə məqsədim öldürmək olub. Anam ilə görüşdüyüm zaman sinif yoldaşımı gördün. Sinif yoldaşımın heç nədən xəbəri olmayıb. Anama görüşdüyüm küçədən kirayə ev tapdığımı bildirdim. Lakin həqiqətdə belə bir şey olmayıb. Anamı məqsədyönlü həmin küçəyə çağırmışam, öldürmək məqsədi ilə getmişəm və insanlar olmayan yer olmağını istəmişəm. Həmin küçəni heç kim məsləhət görməyib”. Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Əhmədlidə yaşadığı üçün tanıyıb:“Anam ilə görüşdüyüm küçədə birinci anam ilə görüşdüm. Sonra dostum ilə qarşılaşdım. Dostum ingilis dili hazırlığına getdi. Anam ilə söhbət etdiyim zaman dostum da bizimlə yanaşı getdi. Küçənin sonunda artıq dostum bizimlə sağollaşaraq getdi. Sonuncu 10 metr getdikdən sonra anama zərbə endirdim. Anam ilə söhbəti ondan ibarət olub ki, kirayə ev tapdığımı dedim. O, isə evin şəraiti ilə maraqlandı. Bizimlə yenidən yaşamasını təklifləri etdim. Anam razılaşsa, bu hadisəni törətmək fikrim olmayacaqdı. Anam birlikdə yaşadığı kişi ilə bağlı məlumat vermədi. Heç indi də həmin şəxsin kim olduğunu bilmirəm. Üç dəfə bıçaq zərbəsi endirdiyim yadımda olub. Öldürdükdən sonra isə 10-a yaxın bıçaq zərbəsi endirdiyimi düşündüm. Əsəbi olmağım ilə əlaqədar çox bıçaq zərbəsi endirmişəm, əməlimdən peşmanam”. Bəhruzun ifadəsinə görə, əvvəllər səhər qalxaraq işə gedib, işdən gəldikdə paltarlarının yuyulmadığını görüb:“Bacım və qardaşım dərsə gedib, anam onlarla da maraqlanmayıb. Anamın başqası ilə danışdığından şübhələnməmişəm. Mən və atam adətən işdə, anam, bacım və qardaşım evdə olublar. Biz işdən gəldiyimiz zaman anamın telefona və televizora baxdığını gördük. Anam getməmişdən qabaq hər şey öz qaydasında olub. Anam təzəliklə hicabdan istifadə edib. Hicab taxdıqdan sonra onun hərəkətlərində dəyişiklik hiss etməmişəm. Anam getdikdən sonra atam babamgildən və digər qohumlardan anamın olduğu yer ilə bağlı maraqlanıb, sonra polisə müraciət ediblər. Daha sonra anamın başqası ilə ailə həyatı qurmağından xəbəri olub”. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
demokrat.az

2Mənbələr