Qusarda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub
NOCOMMENT.az xəbər verir ki, Qusar rayonunun Şirvanlı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Sabirabad rayon sakinləri – 1980 -ci il təvəllüdlü Ə.Soltanov, 1993 – cı il təvəllüdlü C.Soltanov, 1999 – cu il təvəllüdlü S.Soltanov, 1996 – cı il təvəllüdlü P. Soltanov,l və 1987 – ci S.Həsənov ağır bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır./unikal/
***
19:57
Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır./unikal/