Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ və İtaliya qüvvələrinin yerləşdiyi Küveytdəki Əli əl-Salim hərbi hava bazasına bu gün pilotsuz təyyarə ilə hücum edilib.
KONKRET.az xəbər verir ki, bunu İtaliyanın Müdafiə Qərargah rəisi general Luçano Portolano deyib.
Portolano bildirib ki, hücum nəticəsində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus uzaqdan idarə olunan təyyarə məhv edilib:
“O, əməliyyat fəaliyyətinin əvəzedilməz vasitəsi idi və əməliyyatların davamlılığını təmin etmək üçün bazada qalırdı”.
Portolano qeyd edib ki, hücum zamanı bazadakı bütün italyan personalı təhlükəsizlikdə olub:
“Hücumdan bir neçə gün əvvəl, bölgədə dəyişən təhlükəsizlik vəziyyətinə cavab olaraq İtalyan əsgərlərinin sayı azaldıldı.
Bazada qalanlar missiyanın əsas tapşırıqlarını yerinə yetirmək üçün istiqamətləndirilir, müdafiə qərargahının rəisi və birgə əməliyyat qərargahı vəziyyəti daim izləyir və yerlərdə kontingentlə daim təmasdadır”./Axar.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.