Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, o, finalda gürcüstanlı rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib.
Bununla da turnirdə Azərbaycanın Avropa çempionlarının sayı 3-ə çatıb.