EN

Maykl Kerrikdən tarixi rekord: “Old Trafford”un yeni kralı

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının 30-cu turunda “Aston Villa” üzərində qazanılan qələbə (3:1) ilə adını klubun şanlı tarixinə yazdırıb. O, “qırmızı şeytanlar”ın sükanı arxasında çıxdığı ilk altı ev oyununun hər birində qalib gələn ilk məşqçi ünvanına sahib çıxıb.

İdman.Biz xəbər verir ki, Kerrikin “Old Trafford”dakı möhtəşəm seriyası hələ 2021/2022 mövsümündə, müvəqqəti baş məşqçi postunda olduğu vaxt “Arsenal” üzərində qazanılan 3:2 hesablı qələbə ilə başlayıb. Bu mövsüm kluba geri dönən mütəxəssis doğma meydanda ardıcıl olaraq “Mançester Siti” (2:0), “Fulhem” (3:2), “Tottenhem” (2:0), “Kristal Palas” (2:1) və nəhayət, “Aston Villa”nı (3:1) məğlub etməyi bacarıb.

Hazırda “Mançester Yunayted” 54 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşaraq Çempionlar Liqasına vəsiqə yolunda mühüm addım atıb.

Qeyd edək ki, Maykl Kerrikin yetirmələri növbəti turda, martın 20-də səfərdə “Bornmut”un qonağı olacaqlar.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
3
icma.az

4Sources