EN

Tramp NATO ölkələrindən kömək istədi

ABŞ müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməsələr, NATO çox pis gələcəklə üzləşəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.

"Əgər cavab verilməsə və ya mənfi cavab verilsə, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün çox pis olacaq", - deyə Tramp qeyd edib.

O, Avropa ölkələrinə İrandakı müharibə səylərinə qoşulmaq üçün sərt mesaj göndərib.

ABŞ lideri həmçinin Çin prezidenti Si Cinpinlə zirvə görüşünü bu ayın sonunda təxirə sala biləcəyini açıqlayıb. Çünki o, Pekindən vacib su yolunun açılmasına kömək etməsini tələb edib: "Düşünürəm ki, Çin də kömək etməlidir, çünki Çin neftinin 90 faizini boğaz ölkələrindən alır".

Ağarza Elçinoğlu

Chosen
60
unikal.az

1Sources