EN

İranın İsrailin mərkəzi bölgəsinə zərbəsi nəticəsində ölən olmayıb

BAKI, 16 mart. TELEQRAF

İranın İsrailin mərkəzi bölgəsinə endirdiyi raket zərbəsi nəticəsində ölən və yaralanan olmayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin "12-ci telekanal"ı məlumat yayıb.

Məlumata görə, hücumun nəticələrinə əsasən, İran silahlı qüvvələrinin raketi açıq əraziyə düşüb.

Hadisə zamanı İsraildə hava hücumu xəbərdarlıq sistemi işə düşüb.

Xatırladaq ki, bundan əvvəl İsrail Müdafiə Ordusu (SAXAL) İran tərəfindən İsrail ərazisinə növbəti hücumun həyata keçirildiyini açıqlamışdı. Həmçinin bildirilir ki, İsrail ordusu cavab olaraq Tehranda yerləşən infrastruktur obyektlərinə qarşı genişmiqyaslı zərbələr endirib.

Chosen
85
teleqraf.com

1Sources