EN

Səudiyyə Ərəbistanından "Formula-1" qərarına reaksiya: “Hörmətlə yanaşırıq”

Səudiyyə Ərəbistanı Avtomobil və Motosiklet İdmanı Federasiyasının (SAMF) sədri və “Saudi Motorsport Company”nin (SMC) rəhbəri şahzadə Xalid bin Sultan əl-Abdulla əl-Feysəl "Formula-1" rəhbərliyinin ölkədəki yarışı ləğv etmək qərarına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, təşkilat rəhbəri qərara anlayışla yanaşdıqlarını qeyd edib.

“Ölkə boyu azarkeşlər aprel ayında Ciddədə keçiriləcək "Formula-1" STC Səudiyyə Ərəbistanı Qran-prisini səbirsizliklə gözləyirdilər. Lakin biz belə bir qərarın səbəblərini başa düşürük və "Formula-1" rəhbərliyi ilə sıx əməkdaşlığı davam etdiririk”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən "Kral yürüşləri"nin rəhbərliyi aprel ayında keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərini ləğv etmək barədə qərar qəbul edib. Bu barədə məlumat martın 15-nə keçən gecə rəsmən təsdiqlənib.

İdman.Biz
Chosen
79
1
idman.biz

2Sources