EN

Bakıda 72 min manatlıq dələduzluq edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Məzahir Dostiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Məzahir Dostiyev Bakı və Abeşron ərazilərində müxtəlif torpaq sahələrində fərdi yaşayış evləri tikib sataraq gəlir əldə edib böləcəklərinə dair yalan vəd verərək tanışlarını aldadıb. Onlara qarşı ümumilikdə 72 450 manatlıq dələduzluq edib.

 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Dostiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 16 Mart 2026, 08:25   
Chosen
71
pravda.az

1Sources