EN

İngiltərə futbolunun əfsanəsi baş məşqçi oldu

BAKI, 16 mart. TELEQRAF

İngiltərə futbolunun əfsanəvi simalarından olan Eşli Koul İtaliyanın "Çezena" klubunun baş məşqçisi təyin edilib.

Teleqraf B Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub 45 yaşlı mütəxəssislə müddəti iyunun 30-na qədər olan müqavilə imzalayıb.

Sözləşmədə müddətin uzadılması variantı da nəzərdə tutulub.

Karyerası ərzində "Arsenal" və "Çelsi"nin heyətində bir çox titul, o cümlədən 3 dəfə Premyer Liqa və 7 dəfə İngiltərə Kubokunu qazanan Koul, UEFA Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. 2019-cu ildə futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə "Çelsi" akademiyasında başlayan mütəxəssis, daha sonra İngiltərənin U-21 və əsas millisində, həmçinin "Everton" və "Birmingem Siti" klublarında köməkçi məşqçi kimi çalışıb.

Qeyd edək ki, "Çezena" hazırda 30 turdan sonra 40 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Chosen
37
teleqraf.com

1Sources