Baharın gəlişini müjdələyən Novruz ərəfəsində Xətai rayonu bayram abu-havasına bürünüb.
"Unikal" xəbər verir ki, rayonun park və küçələri baharın gəlişini simvolizə edən bəzəklər quraşdırılıb.
Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də insanların bir-birinə yaxınlaşdığı, mehribanlığın və paylaşmağın artdığı bir bayramdır. Rayon ərazisində keçirilən tədbirlər isə bu qədim ənənənin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.