Xətai rayonu bayram ab-havasında... - Foto/Video
Baharın gəlişini müjdələyən Novruz ərəfəsində Xətai rayonu bayram ab-havasına bürünüb. Rayonun park və küçələri baharın gəlişini simvolizə edən bəzəklər quraşdırılıb.BUTA.TV xəbər verir ki, Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də insanların bir-birinə yaxınlaşdığı, mehribanlığın və paylaşmağın artdığı bir bayramdır. Rayon ərazisində keçirilən tədbirlər isə bu qədim ənənənin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.