EN

GDU da “Səməni” festivalı

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə, 16 mart, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) Kimya və biologiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş olunub. Tələbələrin maraqlı əl işləri, səmənilər, eləcə də qədimi əşyaların nümayişi, tələbələrin milli rəqsləri və bayram tonqalı festivalı daha da maraqlı edib.

Universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdən və tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir. Universitetdə keçirilən “Səməni” festivalı da milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və gənclərə ötürmək məqsədi daşıyır.

Daha sonra Novruz bayramının personajları Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı təqdim edilib.

Sonda GDU-nun əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən festivalın qalibləri müəyyən edilərək, ən yaxşı 4 komandaya mükafatın verilməsi qərara alınıb.

Müxbir - Elcan Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
azertag.az

1Sources