EN

Abşeron yatağının tammiqyaslı işlənməsi layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

Abşeron layihəsi üzrə Birgə Müəssisə - TotalEnergies, SOCAR və XRG - Abşeron yatağının tammiqyaslı işlənməsi layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin (ƏMSSTQ) ictimaiyyətə açıqlandığını elan edib.

Ekologiya.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu açıqlama Azərbaycan Respublikasının “Ətraf mühitə təsirin qiymətləndirilməsi barədə” 1175 saylı, 12 iyun 2018-ci il tarixli qanununun, ətraf mühit və sosial sahə üzrə beynəlxalq fəaliyyət standartlarının tələblərinə və BM-in layihənin şəffaf və məsuliyyətli qaydada işlənməsini təmin etmək öhdəliyinə uyğun olaraq həyata keçirilir.

ƏMSSTQ hesabatının layihə variantının açıqlanması üçün aşağıdakı ünvanlarda ictimaiyyət ilə məsləhətləşmə xarakterli iki görüş təşkil edəcəkdir:

- 02 aprel 2026-cı il, saat 10:00 – 13:00: Landmark III Biznes Mərkəzi (Konfrans otağı), Bakı,

- 03 aprel 2026-cı il, saat 10:00 – 13:00: Səngəçal Mədəniyyət Evi

ƏMSSTQ sənədinin layihə variantının çap olunmuş nüsxəsini aşağıdakı ünvanlardan əldə edə bilərsiniz:

- Landmark III Biznes Mərkəzi -  Lobbi – Nizami küçəsi 90A – Bakı,

- Səngəçal Mədəniyyət Evi – Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Suvorov küçəsi,

- Azərbaycan-Fransız Universiteti - Lobbi – Nizami küçəsi 183 – Bakı.

ƏMSSTQ sənədinin layihə variantı aşağıdakı saytddan yüklənə bilər: 

https://totalenergies.com/fr/azerbaidjan/absheron-ffd-esia

Sizinlə yuxarıdakı ünvanlarda keçiriləcək görüşlərdən birində şəxsən görüşməyi səbirsizliklə gözləyirik.  

ƏMSSTQ sənədinin açıqlanmasında məqsəd:

- Abşeron layihəsinin əhatə dairəsi, fəaliyyətləri və gözlənilən təsirləri barədə məlumat vermək,

- Maraqlı tərəfləri, o cümlədən, hökumət orqanlarını, yerli icmaları, QHT-ləri və ümumi ictimaiyyəti layihənin ətraf mühitə və sosial sahəyə təsirləri barədə məlumatlandırmaq,

- İctimaiyyətin ƏMSSTQ sənədini nəzərdən keçirməsinə və rəylərini, narahatlıq doğuran məsələləri və ya tövsiyələrini bölüşməsinə imkan yaratmaqdır.

Layihə barədə ümumi məlumat:

Abşeron qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100km cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP Abşeron B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) daxildir. İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda başlayıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasına qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz və 13 000 barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında satılır. 

1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul etmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul olunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcəkdir. 

Chosen
3
2
ekologiya.az

5Sources