Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, hücumçunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib. O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.
Qurbanlı Premyer Liqada 2020/21 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb.
O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib. Qeyd edək ki, Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 453-ci futbolçu olub.
saytlarin hazirlanmasi