AZ

Musa “100”ə çatdı

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, hücumçunun yubileyi Misli Premyer Liqasının 24-cü turuna təsadüf edib. O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.

Qurbanlı Premyer Liqada 2020/21 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 453-ci futbolçu olub.

Seçilən
31
16
teleqraf.com

10Mənbələr