EN

Elnarə Bünyatova Naxçıvanda saxlanıldı – VİDEO

Naxçıvan Muxtar Respublikasında vətəndaşlara qarşı törədilən kiberdələduzluq faktı ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək (070) 767-56-96, (077) 351-95-76, (070) 935-75-65, (077) 104-44-08, (077) 349-96-82 və digər nömrələr, eləcə də “TikTok” platformasında “azturan83”, “turanbank_az”, “azeturanbank” və “krediagro” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50-yə yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
17
1
nocomment.az

2Sources