Tramp jurnalisti “müharibə” sualına görə təhqir edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Jurnalistin “5000 dəniz piyadası və dənizçini nəyə görə göndərdiyinizi izah edə bilərsinizmi?” sualına Donald Tramp “Sən çox xoşagəlməz insansan” deyə sərt cavab verib.
Məlumata görə, ABŞ hazırda Yaxın Şərqə 2500-ə qədər dəniz piyadası yerləşdirir. Bildirilir ki, Pentaqon İranın Hörmüz boğazı ərazisindəki strateji dəniz yolunda hərəkəti pozan hücumları fonunda bölgəyə dəniz piyadalarının ekspedisiya bölməsini göndərir.
Əlavə olaraq qeyd edək ki, ABŞ rəhbərliyinin Yaxın Şərqdəki hərbi mövcudluğunu artırması birbaşa Hörmüz boğazında təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
Bu boğaz qlobal ticarət və xüsusilə də neft daşımaları üçün həyati əhəmiyyətə malik olduğu üçün bölgədəki hər hansı gərginlik dərhal beynəlxalq ictimaiyyətin və bazarların diqqət mərkəzinə düşür.
Xuraman Etibarlı
İnterpress.az