EN

Yaxın Şərq alov fırtınasına çevrildi! Quru əməliyyatları başladı

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail ordusu martın 2-dən etibarən Livan ərazisinə hücumlarını davam etdirir.

Turkustan.az xəbər verir ki, İsrail ordusu son günlərdə qüvvələrinin Livanın cənubunda Hizbullah mövqelərinə qarşı “məhdud quru əməliyyatları”na başladığını açıqlayıb.

Bəyanatda bildirilib ki, bu əməliyyatlar irəli müdafiə xətlərini gücləndirmək məqsədilə həyata keçirilib.

Digər tərəfdən, İsrailin dövlət televiziyası KAN ordunun hökumətdən 450 min ehtiyat əsgərin səfərbər olunmasını tələb etməyi planlaşdırdığını bildirib. Bu tələbin yaxın günlərdə hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Məlumatda qeyd olunur ki, 450 min ehtiyat əsgərdən bəhs edilsə də, hazırda çağırıla bilən maksimum say 260 mindir. Bu rəqəmin ötən ilin yanvarında İsrail ordusunun döyüş zonalarındakı yükünü azaltmaq məqsədilə hökumətin qərarı ilə müəyyənləşdirildiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
1
icma.az

2Sources