EN

Aİ liderləri növbəti sammitin gündəliyini dəyişdilər

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı ölkələrinin liderləri qarşıdan gələn sammitdə Yaxın Şərq münaqişəsinin fəsadlarına və enerjidaşıyıcılarının qiymət artımına diqqət yetirəcəklər.

Hafta.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.

Qeyd olunur ki, görüş ilkin olaraq aşağıdakı məsələlərə həsr olunmuşdu: Avropa İttifaqına üzv ölkələrin iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması və xarici tərəfdaşlardan asılılığın azaldılması. Lakin ABŞ, İran və İsrail arasındakı hərbi münaqişə, eləcə də neftin qiymətinin artması Avropa hökumətlərini təcili böhran əleyhinə tədbirlərə diqqət yetirməyə məcbur edib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı münaqişənin enerji qiymətlərinə təsirini azaltmalı və təcili tədbirlər görməlidir.

Bundan əlavə, ABŞ administrasiyasının hərəkətlərinə reaksiya məsələsi, həmçinin 2026-27-ci illər üçün Ukraynaya 90 milyard avro kreditin verilməsinə Macarıstan tərəfindən veto qoyulması təhlükəsi Avropa İttifaqı daxilində fikir ayrılıqlarına səbəb olur. "Politico" qeyd edir ki, yeni böhran səbəbindən Avropa liderləri yenidən ittifaq iqtisadiyyatının uzunmüddətli islahatlarından daha çox, qısamüddətli problemlərə diqqət ayırmaq məcburiyyətində qalırlar.

Chosen
21
hafta.az

1Sources