Bakı. Trend:
“Global Firepower” dünyanın ən güclü tank qüvvələri ilə bağlıillik hesabatını dərc edib. Hesabata əsasən, yeni indeksdəAzərbaycan ordusu 1,354 xalla 14-cü yerdə qərarlaşıb.
Bu barədə Trendhesabata istinadən məlumat verir.
Reytinq cədvəlində ilk üçlüyü Çin (5,870), Rusiya (5,630) vəŞimali Koreya (4,895) tutur.
GFP hər il aparılan reytinq üçün hər bir milli ordunun cəbhəxəttindəki zirehli döyüş sistemlərini izləyir. Bütün xidmətnövlərindən təkərli və tırtıllı zirehli texnikalar nəzərəalınır.
GFP-nin dərc etdiyi Hərbi Qüdrət Renkinkində (2026 MilitaryStrength Ranking) Azərbaycan 1,1991 xalla 60-cı yerdə qərarlaşıb.İndeksdə ilk üç yeri müvafiq ardıcıllıqla ABŞ, Rusiya və Çintutur.