ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasında 24 tur geridə qalıb. Keçirilən 143 oyunda ("Neftçi" - "Qarabağ" görüşü təxirə salınıb) 15 hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Tural Qurbanov, Rauf Cabarov, Fərid Hacıyev, Cavid Cəlilov və Kamranbəy Rəhimov oyun idarə edib.
Əliyar Ağayevin bu turda baş hakim kimi təyinat almaması Fərid Hacıyevin yenidən vahid liderliyə yiyələnməsinə şərait yaradıb. Hacıyev 24 turdan 14-də iş başında olub.
Hesablarında 12 oyun olan Kamal Umudlu, Rauf Cabarov və Cavid Cəlilov yeni liderin ən yaxın izləyiciləridir.
Ötən turda olduğu kimi, bu həftə də heç bir futbolçuya qırmızı vərəqə göstərilməyib. Üstəlik, sarı vərəqələrin sayında daha da azalma müşahidə olunub. Hakimlər cari turda cəmi 17 vərəqədən istifadə ediblər. Fərid Hacıyevlə Rauf Cabarov cəmi 1 futbolçunu cəzalandırıblar.
Vərəqələrdən 11-i meydan sahiblərinə, cəmi 6-sı isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 264 sarı (12 qırmızı) - 294 sarı (6 qırmızı).
Beləliklə, 24 turun yekununda sarı vərəqə sayı 558-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 18 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 576-ya bərabər olub. Bu da orta hesabla hər turda 24, hər oyunda 4,03 vərəqə deməkdir. Göründüyü kimi, son turda vərəqə sayı çempionatın geridə qalan bölümündəki orta göstəricidən aşağı olub.
İyirmi dörd tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 71 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu hərəsi 54 vərəqədən (3-ü qırmızı) yararlanan Kamal Umudlu təqib edir.
Fərid Hacıyev - 14 oyun
meydan sahibi 29 sarı 1 qırmızı
qonaqlar 15 0
cəmi: 44 1
Əliyar Ağayev - 13 oyun
meydan sahibi 31 5
qonaqlar 34 1
cəmi: 65 6
Cavid Cəlilov - 13 oyun
meydan sahibi 20 1
qonaqlar 25 1
cəmi: 45 2
Rauf Cabarov - 13 oyun
meydan sahibi 21 0
qonaqlar 24 1
cəmi: 45 1
Kamal Umudlu - 12 oyun
meydan sahibi 23 3
qonaqlar 28 0
cəmi: 51 3
Tural Qurbanov - 12 oyun
meydan sahibi 26 1
qonaqlar 24 0
cəmi: 50 1
Rəşad Əhmədov - 11 oyun
meydan sahibi 17 0
qonaqlar 31 1
cəmi: 48 1
Elçin Məsiyev - 11 oyun
meydan sahibi 24 0
qonaqlar 22 1
cəmi: 46 1
İnqilab Məmmədov - 10 oyun
meydan sahibi 16 0
qonaqlar 21 0
cəmi: 37 0
Kamranbəy Rəhimov - 10 oyun
meydan sahibi 13 0
qonaqlar 22 0
cəmi: 35 0
Rəvan Həmzəzadə - 9 oyun
meydan sahibi 18 0
qonaqlar 19 1
cəmi: 37 1
Əli Əliyev - 7 oyun
meydan sahibi 10 1
qonaqlar 13 0
cəmi: 23 1
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Vüqar Həsənli - 3 oyun
meydan sahibi 3 0
qonaqlar 5 0
cəmi: 8 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.