EN

Tramp "ABC News"u ən yalançı və saxta media orqanlarından biri adlandırıb

"ABC News" ən yalançı və saxta media orqanıdır.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bunu martın 16-da açıqlayıb.

O, "ABC News" jurnalistinin İraqda KC-135 təyyarəsinin qəzasında altı amerikalı hərbçinin ölümü ilə bağlı sualına belə cavab verib.

"Düşünürəm ki, ABC News, ehtimal ki, planetin ən korrupsiyalaşmış xəbər şirkətlərindən biridir."

Amerikalı lider həmçinin əlavə edib ki, artıq şirkətin jurnalistlərinin suallarını eşitmək istəmir.

QAZİLER.AZ

 

 

Chosen
28
qaziler.az

1Sources