EN

İsrail ordusu İrana qarşı yeni aviazərbələr dalğasına başlayıb

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri İrana qarşı yeni genişmiqyaslıaviazərbələr dalğasına başlayıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrininmətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aviareydlər Tehran, Şiraz və Təbriz şəhərlərindəhəyata keçirilir. İsrail ordusunun İrana aid strateji əhəmiyyətliinfrastruktur obyektlərini hədəfə aldığı bildirilir.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
25
13
az.trend.az

10Sources