EN

Aysel qışın ortasında çimərlik geyimində video paylaşdı.

Sosial şəbəkələrdə tanınan bloger Aysel Şükür paylaşdığı yeni video ilə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, qış fəslinə baxmayaraq dəniz sahilində çəkdirdiyi görüntüləri izləyiciləri ilə bölüşüb. Videoda bloqerin qayalıqlar üzərində çimərlik geyimində poz verdiyi və dəniz fonunda görüntüləndiyi anlar yer alır.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi görüntüləri tənqid etsə də, digərləri qış mövsümündə belə paylaşımı maraqlı və qeyri-adi hesab ediblər.

Qeyd edək ki, Aysel Şükür sosial mediada aktiv paylaşımları ilə tez-tez gündəmə gəlir.

Chosen
25
5
publika.az

6Sources