EN

Xankəndi Novruz bayramına hazırlaşır (FOTO)

Xankəndi. Trend:

Xankəndi şəhəri Novruz Bayramı münasibətilə silsilə bayramtədbirlərinə hazırlaşır. Bayram proqramı çərçivəsində şəhərsakinləri və qonaqlar üçün müxtəlif tədbirlər təşkil olunacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosunaverilən məlumata görə, martın 17-də Torpaq çərşənbəsi münasibətiləşəhərin mərkəzi meydanında bayram tonqalı qalanacaq. Eyni zamanda,şəhərin mərkəzində yerləşən Zəfər meydanı ərazisində Novruzyarmarkası təşkil ediləcək. Martın 19-dan başlayacaq yarmarkamartın 24-dək davam edəcək. Bir neçə gün davam edəcək yarmarkadasahibkarlar öz məhsullarının satışını və təqdimatını həyatakeçirəcəklər. Yarmarka çərçivəsində uşaqlar və gənclər üçünəyləncəli oyunlar, müxtəlif əyləncə proqramları və maraqlıtədbirlər təşkil olunacaq ki, bu da şəhərdə bayraməhval-ruhiyyəsini daha da artıracaq.

Bayram tədbirlərinin əsas hissəsi isə martın 20-də saat 19:00-dabaş tutacaq. Həmin gün Xankəndi şəhərində “Bahar nəğməsi” adlımöhtəşəm konsert proqramı təşkil ediləcək. Konsert proqramı həmNovruz Bayramı, həm də Ramazan Bayramı münasibətilə keçiriləcək.Tanınmış müğənnilərin iştirak edəcəyi konsertdən sonra möhtəşəmbayram atəşfəşanlığı təşkil olunacaq.

Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Məqalədə:
Chosen
4
5
az.trend.az

6Sources