AZ

Xankəndi Novruz bayramına hazırlaşır

Yazını böyüt
Yazını kiçilt

Xankəndi şəhəri Novruz Bayramı münasibətilə silsilə bayram tədbirlərinə hazırlaşır. Bayram proqramı çərçivəsində şəhər sakinləri və qonaqlar üçün müxtəlif tədbirlər təşkil olunacaq.

Hafta.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, martın 17-də Torpaq çərşənbəsi münasibətilə şəhərin mərkəzi meydanında bayram tonqalı qalanacaq.

Eyni zamanda, şəhərin mərkəzində yerləşən Zəfər meydanı ərazisində Novruz yarmarkası təşkil ediləcək. Martın 19-dan başlayacaq yarmarka martın 24-dək davam edəcək.

Bir neçə gün davam edəcək yarmarkada sahibkarlar öz məhsullarının satışını və təqdimatını həyata keçirəcəklər.

Yarmarka çərçivəsində uşaqlar və gənclər üçün əyləncəli oyunlar, müxtəlif əyləncə proqramları və maraqlı tədbirlər təşkil olunacaq ki, bu da şəhərdə bayram əhval-ruhiyyəsini daha da artıracaq.

Bayram tədbirlərinin əsas hissəsi isə martın 20-də saat 19:00-da baş tutacaq.

Həmin gün Xankəndi şəhərində “Bahar nəğməsi” adlı möhtəşəm konsert proqramı təşkil ediləcək.

Konsert proqramı həm Novruz Bayramı, həm də Ramazan Bayramı münasibətilə keçiriləcək. Tanınmış müğənnilərin iştirak edəcəyi konsertdən sonra möhtəşəm bayram atəşfəşanlığı təşkil olunacaq.

Seçilən
0
5
hafta.az

6Mənbələr