EN

 İran XİN: “Biz aylar öncə region ölkələrinə xəbərdarlıq etmişdik”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehran region ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəf aldığını öncədən xəbərdar etmişdi.

Sitat.info xəbər verir ki, Bəqayinin sözlərinə görə, İran aylar əvvəl region ölkələrinə müraciət edərək onların ərazilərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinə imkan verməmələrini xahiş edib.

O, qeyd edib ki, son 16–17 gün ərzində ABŞ-nin region ölkələrində yerləşən hərbi bazaları, obyektləri və digər hərbi infrastrukturu İrana qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub.

Bəqayi əlavə edib ki, İranın region ölkələri ilə düşmənçiliyi yoxdur və Tehran qonşu dövlətlərlə münasibətlərin gərginləşməsini istəmir.

Onun sözlərinə görə, İranın hədəf aldığı obyektlər yalnız ABŞ-yə məxsus hərbi bazalar və infrastrukturdur və bu addımlar region ölkələrinin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi dəyərləndirilməməlidir.  

Aytac,

Sitat.info

Chosen
23
2
sitat.info

2Sources